Zaqatalada azyaşlı xəstəxanada ÖLDÜ

13.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatalada daha bir azyaşlı xəstəxanada ölüb.

APA-nın məlumatına görə, axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində rayonun Çobankol sakini 2 yaşlı Bəxtiyar Maarif oğlu Əliyev dünyasını dəyişib.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanada araşdırma aparır.

Qeyd edək ki, ötən günlərdə Zaqatalada yeni doğulan körpə ölmüşdü.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью