Zaqatalada azyaşlının üzərinə qaynar su töküldü

11.01.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Zaqatalada üstünə qaynar su tökülən 1,5 yaşlı uşaq yanıq xəsarətləri alıb. 

Lent.az xeber verir ki, 03.112023-cü il təvəllüdlü Zaqatala şəhər sakini Xalid Yusubov bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləriylə  Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıb.

Müayinə zamanı azyaşlının yaşadığı ünvanda ehtiyatsızlıqdan üstünə qaynar su tökülərək 2-ci dərəcəli termiki yanıq xəsarətləri aldığı məlum olub.

X. Yusubovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. 
Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью