Zaqatalada ev yandı

24.01.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zaqatalada yaşayış evində yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yengiyan kəndində 1984-cü il təvəllüdlü Hilalova Elnarə Osman qızına məxsus fərdi yaşayış evində baş verib.

Yanğın yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 k/m olan fərdi yaşayış evinin 100 k/m hissəsi yanıb, evin qalan hissəsi isə yanğından mühafizə olunub.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью