Zaqatalada ev yandı: ölən var

25.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m sahədə yanıb.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın kəşfiyyatı zamanı ev sahibəsinin qızı 1972-ci il təvəllüdlü Arzu İbrahim qızı Ömərovanın yanmış meyiti aşkar edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью