Zaqatalada evdən oğurluq edən şəxs saxlanıldı

27.01.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zaqatala rayonunun Fındıqlı kəndində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 32 yaşlı Taleh Xəlilov saxlanılıb. O, oğurladığı qızılları satdığını bildirib.

Məhkəmənin qərarı ilə T.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью