Zaqatalada evlərə qənim kəsilən oğru saxlanıldı

24.10.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, Zaqatala rayonunda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью