Zaqatalada fərdi yaşayış evində yanğın olub FOTO

13.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, səhər saatlarında Zaqatala şəhəri Azərbaycan prospektində Aysel Cəbrayıl qızı Rəhimova məxsus, ümumi sahəsi 60 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin mətbəxində 2 p.m mətbəxt mebeli yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью