Zaqatalada güclü külək fəsadlar törətdi: binanın dam örtüyü uçdu

05.11.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zaqatalada güclü külək fəsadlar yörədib, beşmərtəbəli, çoxmənzilli binanın dam örtüyünü uçurub.

Bakupost.az -ın APA-ya istinadla məlumatına görə, bu gün günortadan başlayaraq şimal-qərb bölgəsində küləkli hava şəraiti hökm sürür.

Zaqatala şəhəri Vasif Qurbanov küçəsində 5 mərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün bir hissəsini güclü külək yerə atıb. Külək nəticəsində rayonun bır-sıra ərazilərində irigövdəli ağaclar yıxılıb, budaqlar qırılıb.

Ərazidən keçən elektrik naqilləri qırılıb, rayonun bir sıra ərazilərində naqillərdə qısaqapanmalar olub. Bu səbəbdən rayon mərkəzinin və ətraf kəndlərin bəzi hissəslərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Günorta saatlarından müvafiq qurumlar və Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları qeyd olunan ərazilərə cəlb edilib, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью