Zaqatalada hoteldə yanğın: Xəsarət alan var

01.02.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Zaqatalada hoteldə yanğın olub. Hadisə gecə saat bir radələrində şəhərdəki "Zaqatala Hotel"in birinci mərtəbəsində fəaliyyət göstərən hamam və sauna otağında baş verib.
Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv/m sahənin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью