Zaqatalada iki maşın toqquşdu Xəsarət alanlar var

09.12.2024

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zaqatalanın Yuxarı Tala kəndində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 122-ci kilometrliyində, rayonun Yuxarı Tala kəndi ərazisində 24 yaşlı Emil Qurbanovun idarə etdiyi VAZ-2115 markalı minik avtomobili ilə 29 yaşlı Elvin Məmmədovun idarə etdiyi VAZ-2106 markalı maşınlar toqquşub.

Qəza nəticəsində VAZ-2106-nın sürücüsü, rayon sakini Elvin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıya ilkin tibbi yardım göstərilir.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью