Zaqatalada iranlının narkotiklərini satan TUTULDU VİDEO

25.09.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb. Ondan 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, F.Buğluyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью