Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə itkin düşdüyü ehtimal edilən 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışları davam etdirilir.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Axtarış tədbirləri FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşlarının birgə iştirakı ilə vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə həyata keçirilir.
Qeyd edək ki, axtarışlara FHN-in xüsusi təlim görmüş itləri də cəlb olunub.
***
25 noyabr, saat 16:46
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 80 yaşlı Mustafayev Xəlil Mustafa oğlunun axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.