Zaqatalada iynə vurulan şəxs şok nəticəsində ölüb

14.11.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

37 yaşlı kişi xəstəxanada ölüb. Avtosfer.az xəbər verir ki, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Xəstəxanada iynə vurulan R.Ramazanov anafilaktik şok nəticəsində ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью