Zaqatalada kafe yandı FOTO

27.03.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaqatalada kafe yanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gecə saatlarında Zaqatala rayonu Qazangül qəsəbəsində, 49 yaşlı Elman Yüzbaşevə məxsus kafedə güclü yanğın baş verib.
 

Yanğın yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın zamanı kafenin mətbəxinin 112 kvadratmetr sahəsi tamamilə yanıb. Hadisə nəticəsinfdə xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma başlanılıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью