Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zaqatalada güllələnmiş kişi meyiti tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə Danaçı kəndində qeydə alınıb.
77 yaşlı İbrahim Babayevin meyitini yaxınları aşkar ediblər. Onun aldığı güllə yaralarından öldüyü bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.