Zaqatalada körpə doğuş vaxtı öldü

04.11.2024

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaqatalada doğuş zamanı körpə ölüb.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.

Belə ki, rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü S.Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью