Zaqatalada körpü qəzalı vəziyyətə düşüb | Icma.az
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. Zaqatala rayonunda Quruçay üzərindəki körpü təmir olunmadığından qəzalı vəziyyətə
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, körpü Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayon ərazisindən keçən hissəsində, Quruçay ü
Son vaxtlar körpünün birləşmə yerlərində çatlar əmələ gəlib. Körpünün üzərindəki hər üç birləşmə zaman keçdikcə aşınmaya məruz qalıb.
Sürücülər "Report"un yerli bürosuna bildiriblər ki, yolda sürətli şəkildə hərəkət etmək faciəyə səbəb ola bilər.
Yoldan hər gün istifadə edən sürüclər körpünün qəzalı olmasından xəbərdar olduqları üçün əvvəlcədən sürəti azaldaraq körpünü ehtiyatla keçirlər.
Lakin yoldan az istifadə edənlər və ya ilk dəfə istifadə edənlər isə təhlükə ilə üz-üzə qalırlar.
Körpünün dağılmış hissələrindən keçən avtomobillərin şinləri və ehtiyat hissələri də tez bir zamanda sıradan çıxır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, sözügedən körpüdə olan problem barədə məlumatımız var: "Əraziyə əməkdaşlarımız tərəfindən baxış keçirilib və oradakı problemin aradan qaldırılması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Tam oxu
Xəbəri oxu