Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Zaqatala rayonunda qarışıq mallar mağazasında yanğın baş verib.
Lent.az xəbər verir ki, bu barədə APA-nın Şimal-qərb bürosu məlumat yayıb.
Hadisə rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb. Kənd sakini Raul Həsənova məxsus, ümumi sahəsi 100 kvadratmetr olan mağazada yanğın başlayıb.
Nəticədə mağazanın dam örtüyünün yanar konstruksiyaları, içərisindəki ərzaq və digər məhsullar yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov