Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR

13.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zaqatalanın Kəpənəkçi kənd orta məktəbi yararsız vəziyyətdədir.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, ötən əsrin 60-cı illərində 8 illik məktəb kimi istifadəyə verilən binanın təmirə ehtiyacı var.

Məktəbdə şagirdlər sınıq pəncərələri olan siniflərdə dərs keçirlər. Burada döşəmə, tavan və qapı-pəncərələr yararsız haldadır.

1 000 nəfərdən çox əhalisi olan kənd məktəbində 170 şagird təhsil alır və 30-a yaxın müəllim çalışır.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Kəpənəkçi kənd tam orta məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.

Həmçinin, qeyd edilib ki, təhsil müəsisələrinin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir.

Ətraflı süjetdə:

Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью