Zaqatalada minifutbol turniri başladı FOTOLAR

21.04.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Zaqatalada həvəskarlar arasında minifutbol turniri başlayıb. 

Sportal.az xəbər verir ki, Gənclər və idman nazirliyi, eyni zamanda sponsorlar  və yerli futbol ictimaiyyətinin dəstəyi ilə keçirilən yarışlar, ötən il dünyasını dəyişən Sabit Ağayevin xatirəsinə həsr olunub.  

Açılış mərasimindən öncə iştirakçılar Sabit Ağayevin məzarını ziyarət edib əklil qoyublar. “Qalatasaray” azarkeşi olduğu üçün bu klubun bayrağı dalğalandırılıb.

“Simurq”un əvəzedici komandasında çıxış etmiş Ağayev yarışların  keçiriləməsində böyük pay sahibidir. O, eyni zamanda buna qədər təşkil olunan turnirlərin maraqlı iştirakçılarından idi. 

Zaqatala, Balakən, Qax və Şəkidən 35 komandanı qüvvəsini sınayacağı turnir mayın 17-dək davam edəcək. Hər il ənənəvi keçirilən yarışın təşkilində məqsəd idman ruhunun formalaşması və  futbolun təbliğinə dəstəkdir.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью