Zaqatalada motosikletlə QAZ 31 toqquşdu: ölən var

16.03.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZ-3110" və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью