Zaqatalada nə baş verir? Sakinlər qorxu içində yaşayır

01.10.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Son günlər baş verən güclü leysanlar nəticəsində Tala çayında suyun səviyyəsi xeyli yüksəlib.

Milli.Az xəbər verir ki, nəticədə çay daşaraq ərazidəki köhnə bəndi sıradan çıxarıb və yaxınlıqda yerləşən evlər üçün təhlükə yaradıb.

Sakinlər bildirirlər ki, bənd qəfil çöküb və güclü partlayış səsi eşidilib. Onların sözlərinə görə, bu vəziyyət qorxu yaradıb və bəndin yenidən tikilməsinə ehtiyac var.

Qeyd edilib ki, sözügedən bənd 1960-cı illərdə inşa olunub.

Asya
Mİlli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью