Icma.az bildirir, Bizim media saytına əsaslanaraq. Azərbaycanda növbəti dəfə dönərdən zəhərlənmə hadisəsi baş verib.
Bu dəfə belə bir hal Zaqatalada yaşanıb. Rayon sakinləri 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 2007-ci il təvəllüdlü qız və 2016-cı il təvəll
Onların dönərdən zəhərləndikləri ehtimal olunur. Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
MÖVZU İLƏ BAĞLI:“Paytaxtdakı bəzi binaların zirzəmiləri təmizlənməlidir” – Deputat Qeyd edək ki, Zaqatalada bir neçə ay ərzində artıq ikinci zəhərlənmə hadisəsidir.
Bundan əvvəl Tovuzda və Qazaxda da eyni hal yaşanmışdı.Dönərdən ard-arda zəhərlənmələrdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırladı.
Həmin layihəyə əsasən, iaşə obyektləri dönər üçün lazım olan əti yalnız AQTA-nın tələb etdiyi kəsim məntəqələrindən almalıdır.Onu da qeyd edək ki, bir müddət əvvəl AQTA tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilmişdi.Ölkə üzrə monitorinq keçirilən 310 müəssisədə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilərkən, onlardan yalnız 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunmuş, 309 müəssisədə isə nöqsanlar aşkar edilmişdi.Elə bundan sonra “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlamışdı.Bu qaydalar qüvvəyə minibmi və tətbiq olunurmu?
Bəs, belə olduğu halda niyə yenidən dönərdən zəhərlənmə baş verib?Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya bildirilib ki, layihə hazırlanıb və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib:"Sənəd artıq qanuni qüvvəyə minib.
Onun hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsidir.