Zaqatalada ölü körpə doğulub

20.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bu gün saat 08:50 radələrində 1992-ci il təvəllüdlü, Muxax kənd sakini 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-in açıqlama verib.

Baş gəlişi, uşaqlıqda çapıq, idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb, cinsi oğlan, çəkisi 2.700 qram, boyu 50 sm. olan ölü döl xaric olunub.

Məlumata görə, hazırda ananın vəziyyəti stabildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью