Zaqatalada oruc tutmağa hazırlaşan qadın QƏFİL ÖLDÜ

05.03.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zaqatalada 35 yaşlı qadın qəfil ölüb.

Oxu.Az Lent.az-a istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında, imsak vaxtı baş verib.

Çökək kənd sakini, 35 yaşlı Rəvanə Qədirova oruc tutmağa hazırlaşanda səhhəti qəfil pisləşib.

Beyin qan dövranının kəskin pozulması əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadın tibbi müdaxilələrə baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью