Zaqatalada otel yandı

01.02.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Zaqatalada mehmanxanada yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Zaqatala  Hotel"in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv/m sahənin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью