Zaqatalada piyadanı avtomobil VURDU

10.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Zaqatalada piyadanı avtomobil vurub. 

"Unikal" xəbər verir ki, hadisə bu gün  axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.

Beləki,1995-ci il təvəllüdlü Zaqatala şəhər sakini Davudov Ramazan Seyfəddin oğlunu  minik avtomobili  vurub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdirilib. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью