Zaqatalada qadın yol qəzası nəticəsində xəsarət alıb

11.04.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatalada 44 yaşlı qadın avtomobilin onu vurması nəticəsində xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala şəhərinin Heydər Əliyev prospektində baş verib.

Zaqatala şəhər sakini, 1979-cu il təvəllüdlü Elgün İmanov idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə 1981-ci il təvəllüdlü Vəfa Əsəbəli qızı Mustafayevanı vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Mustafayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Onun vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью