Zaqatalada QANLI HADİSƏ: 24 yaşlı gənc 30 yaşlı kişini bıçaqladı

09.12.2024

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən saat 23 radələrində Zaqatala rayonunun Mosul kəndində 24 yaşlı Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 30 yaşlı Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью