Icma.az, Apa.az saytına istinadən bildirir.
Zaqatalada qətl törədilib.
APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qımır kəndində qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 58 yaşlı Kamran Məhərrəmovu bıçaqlayaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.