Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zaqatalanın Yuxarı Tala kəndində “Lada Priora”nın aşması nəticəsində biri ağır olmaqla 4 nəfər xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, 17 yaşlı Məhərrəm Ramazanov, habelə sərnişinlər – Muxax kənd sakinləri, 17 yaşlı Tunar Ramazanov, 17 yaşlı Sənan Şabanov və 22 yaşlı Qismət Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdiriliblər. Xəsarət alanlardan T. Ramazanovun vəziyyəti ağır qiymətləndirilir. Digər yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir. Pepperoni pizza