Zaqatalada qəza: iki qardaş yaralandı

26.09.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zaqatalada yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində,"Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

Muğanlı kənd sakini 34 yaşlı Pərvin İbrahimovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillə Rövşən Soltanovun idarə etdityi "Opel" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-21015"in sürücüsü və sərnişini olan qardaşı, Muğanlı kənd sakini 49 yaşlı Kazım İbrahimov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью