Zaqatalada qəza nəticəsində bir ailənin beş üzvü xəsarət alıb

01.01.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zaqatalada ağır yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ilin son günü dekabrın 31-dən Yeni ilin ilk gününə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, baş vermiş qəza zamanı biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.

Xəsarət alanların bir ailənin üzvüləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью