Zaqatalada qəza: yaralı var

14.07.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 109-cu kilometrliyində, Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsində baş verib.

1998-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Rəvan Vasif oğlu Muradovun idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə 1998-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Oruc Arif oğlu Abdullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Əhməd Rövşən oğlu Həsilov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью