Zaqatalada qəzada xəsarət alanların kimliyi məlum oldu

12.10.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Zaqatalada baş verən qəzada xəsarət alan şəxslərin kimlikləri məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza zamanı ümumilikdə Muxax kənd sakini olan 9 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanlar 63 yaşlı Reyhanat Murtuzova, 54 yaşlı Yeganə Yalıyeva, 59 yaşlı Nizaməddin Əliyev, 41 yaşlı Əli Abakarov, 55 yaşlı Təranə Bubuşova, 41 yaşlı Fərqanə Hudulova, 56 yaşlı Musa Əliyev, 55 yaşlı Əhməd Hudulov və 70 yaşlı Şaban Nuruyevdir.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Digər 8 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью