Zaqatalada REYD: 11 sürücüyə cərimə yazıldı VİDEO

06.02.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatalada yol polisi əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 7 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью