Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zaqatalada kütləvi zəhərlənmə olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən "Şah Dönər" dönərxanasında baş verib. 25 yaşlı İlqar Əhmədov, 17 yaşlı qız və 8 yaşlı oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.
Onların dönərdən zəhərləndikləri ehtimal olunur. Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.