Zaqatalada silsilə oğurluq olub

24.10.2026

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zaqatala rayonunda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью