Icma.az, Lent az portalına istinadən məlumat verir.
Zaqatalanın Aşağı Tala kəndində bir həftədən çoxdur ki, borunun partlaması səbəbindən içməli su yola axır.
Lent.az-a müraciət edən sakinlər qeyd edir ki, Barama zavodunun yanından aşağı enən küçə boyunca su axdığı üçün məktəbə gedəndə də əziyyət çəkirlər.
Bununla yanaşı 1 həftədir borunun partlamasına baxmayaraq, hələ də müdaxilə edilməyib.
Məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, boru bu gün təmir olunacaq:
“Həmin su xətti bizim yox, bələdiyyənin balansındadır. Onlara bu barədə məlumat vermişik. Bildiriblər ki, gün ərzində problem həll ediləcək. Ehtiyac yaranacağı təqdirdə yerli idarədən xidməti dəstək göstəriləcək”.