Zaqatalada TIR la minik avtomobili toqquşdu KONKRET

11.08.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, qəza bu gün saat 12:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatalanın Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan Türkiyəyə məxsus iritonnajlı yük avtomobili Zaqatala rayon sakininin idarə etdiyi “Chevrolet Niva” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Chevrolet Niva”da olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью