Zaqatalada xəsarətlə nəticələnən yol qəzası baş verib AZƏRTAC

09.12.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Zaqatala, 9 dekabr, AZƏRTAC

Zaqatalanın Yuxarı Tala kəndində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyi Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 122-ci kilometrliyində, rayonun Yuxarı Tala kəndi ərazisində 24 yaşlı Emil Qurbanovun idarə etdiyi VAZ-2115 markalı minik avtomobili ilə 29 yaşlı Elvin Məmmədovun idarə etdiyi VAZ-2106 markalı maşınlar toqquşub.

Qəza nəticəsində VAZ-2106-nın sürücüsü, rayon sakini Elvin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıya ilkin tibbi yardım göstərilir.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью