Zaqatalada yeniyetmə bıçaqlandı Saxlanılan var

03.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Zaqatalada bıçaqlanma hadisəsi olub.

Oxu.Az xəbər verir ki, hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.H. xuliqanlıq zəminində həmkəndlisi 2009-cu il təvəllüdlü K.Q.-yə döş nahiyəsinə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş K.Q.-nin vəziyyəti qənaətbəxşdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Murad Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью