Zaqatalada yol problemi: Nə avtobus var, nə də taksi

06.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Zaqatalanın Vöhtala kəndində 1989-cu ildə qurulan körpü hazırda qəzalı vəziyyətdədir.

Rayon mərkəzindən 25 km məsafədə yerləşən kəndin sakinləri uzun illərdir ki, problemlə üz-üzə qalıblar.

Talaçay çayının aşağı istiqamətində yerləşən kəndə yalnız yük avtomobili və traktor girə bilir ki, o da çayda suyun az olduğu vaxtlarda mümkün olur.

"Məktəbə gedib-gələn uşaqlar var. Kənddə nə avtobus var, nə də taksi. Xəstəni körpüdən o tərəfə at arabası ilə keçirdik, xəstəxanaya çatdıra bilmədik, yolda öldü", - deyə sakin narazılığını bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Zaqatalada yol problemi: Nə avtobus var, nə də taksi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью