Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” nun məlumatına görə bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində “Ford Tranzit” markakı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü - 1976 təvəllüdlü Əli Osmanov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mübariz Muradov