Zaqataladakı ağır qəzada 3 nəfər YARALANDI | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat verir. Zaqatala-Muxax-Yuxarı Çardaqlar kənd yolunda qəza baş verib.
Modern.az xəbər verir ki, Muxax kəndi sakini 22 yaşlı Vüqar Musayev sərt döngədə “VAZ 2106” markalı minik avtomobilinin idarəetməsini itirərək, qəza törədib.
Nəticədə, özü ilə yanaşı həmkəndliləri - 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər üç yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu