Zaqatalalı gənc Polşada faciəli şəkildə öldü Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumat verir. Azərbaycanlı gənc Polşada qəzada ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Varşava yaxınlığında qeydə alınıb.
Zaqatala rayon 3-cü Tala kənd sakini, 29 yaşlı Anar Əsədlinin idarə etdiyi avtomobil qatarla toqquşub.
Nəticədə Anar Əsədli aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Anar Əsədli 2 ildir Polşada yaşayır və işləyirmiş. Lent.az qəza anının görüntülərini də əldə edib.
Həmin görüntüləri təqdim edirik: Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu