“Zaqatala”nın baş məşqçisi “Şimal”ı təhlil edib

16.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Noyabrın 10-dan “Şimal” ilə çempionat matçının hazırlıqlarına başlamışıq. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə sınaq matçı keçirməməyi uyğun saydıq”.

Bu sözləri Birinci Liqa təmsilçisi “Zaqatala” futbol komandasının baş məşqçisi Rakif Əliyev komandanın hazırlıq prosesi və qarşıdakı oyun barədə danışarkən deyib.

Bölgə təmsilçisinin çalışdırıcısı yoxlama görüşünün keçirilməməsinin səbəbini açıqlayıb və növbəti turda qarşılaşacaqları rəqib haqqında fikirlərini bölüşüb.

“Heyətdə zədəli oyunçular olduğu üçün yoxlama oyunu planlaşdırmadıq. Hazırda “Şimal” ilə matçın hazırlıqlarını davam etdiririk. Rəqib barədə məlumatımız var. Xaçmaz təmsilçisinin heyətində istedadlı futbolçular olduğunu, kompakt komandaya qarşı mübarizə aparacağımızı bilirik. Məqsədimiz bu qarşılaşmada müsbət nəticə qazanmaqdır. Nəyin necə olacağını isə təbii ki, zaman göstərəcək”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью