Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi VİDEO

08.07.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Yağan intensiv leysan yağışları Zaqatala rayonunda bir sıra fəsadlara səbəb olub.
Bizim.Media xəbər verir ki, hava şəraiti ilə əlaqədar iyulun 7-si axşam saatlarından başlayan güclü yağışlar iyulun 8-nə keçən gecə daha da intensivləşib.
Zaqatala Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda yağıntılı hava şəraiti davam edir.
"Əsas ziyan kəndlərə dəyib. Şəhər ərazisində də müəyyən problemlər var. Bəzi çaylarda suyun səviyyəsi artıb, daşqın müşahidə olunur. Hazırda Vöhtala kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib. Rayon mərkəzində ağacların aşması ilə bağlı ciddi hal qeydə alınmayıb. Sadəcə, sel suları çay yatağına ağaclar gətirib. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bu, həm şəhər mərkəzinin bəzi hissələrində, həm də kəndlərdə müşahidə olunur", - deyə məlumatda bildirilir. (Oxu.az)

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью