Zarafatı başına bəla oldu 7 oyunluq cəza

18.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Tottenhem"in futbolçusu Rodriqo Bentankur ölkəsindəki televiziya proqramlarından birində komanda yoldaşı Son Hın-Min haqqında irqçi zarafat etmişdi.

QOL.az xəbər verir ki, bir müxbir Bentankurdan "Tottenhem" forması istəyib. Futbolçu isə müxbirə belə cavab verib: "Son və ya onun qohumlarından biri... Koreyalıların hamısı bir-birinnə bənzəyir". 

Onun bu sözləri İngiltərədə və dünyada tənqidlərə səbəb olub. Bentankurla bağlı araşdırma başladılıb.

27 yaşlı yarımmüdafiəçi səsləndirdiyi ifadələrə görə İngiltər Premyer Liqası tərəfindən 7 oyunluq cəzalandırılıb. Həmçinin o, 120 min avro məbləğində cərimələnib. 

Son Hın-Min isə daha əvvəl komanda yoldaşının ondan üzr istədiyini və aralarında heç bir problemin olmadığını demişdi. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью