Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rodriqo Bentankur dilinin bəlasına düşə bilər.“Tottenhem”in futbolçusu bir neçə oyunluq cəza ala bilər.
Buna səbəb uruqvaylı yarımmüdafiəçinin koreyalı komanda yoldaşı Son Hın Min haqqında irqçi ifadələr işlətməsidi.
Bentankur iyun ayında Uruqvayda televiziya kanallarının birində qonaq olarkən aparıcı ondan “Tottenhem”in formasını istəyib.
Futbolçu isə “mən sizə Sonun əmisioğlunun köynəyini də verə bilərəm.
Onsuz da onlar hamısı bir-birinə oxşayırlar” deyib.Onun bu fikri müzakirələrə səbəb olub.
Bentankur buna görə “instaqram” hesabı vasitəsilə komanda yoldaşından “qardaş, baş verənlərə görə səndən üzr istəyirəm.
Bu, sadəcə, çox pis zarafat idi. Bilirsən ki, mən səni komanda yoldaşı kimi çox sevirəm və heç vaxt sənə hörmətsizlik etmərəm.